Sevil Mikayılova: Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqları gec-tez qaytarılacaq (VİDEO)

Sevil Mikayılova: Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqları gec-tez qaytarılacaq (VİDEO)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqları gec-tez qaytarılacaq. Azərbaycan liderinin, Ali Baş Komandanın böyük iradəsi var, bu iradəni ortaya qoyub və Azərbaycan xalqı Ali Baş komandanın ətrafında sıx şəkildə birləşib.

Trend-in məlumatına görə, bunu “Real” TV-nin "Real intervyu" verilişində Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat vurğulayıb ki, biz bu iradəni Aprel döyüşlərində də gördük: "Hektarlarla ərazimiz düşmən işğalından azad edildi və orada böyük quruculuq işləri aparıldı. Bu gün məcburi köçkünlərimiz inanırlar ki, onlar da Cocuq Mərcanlı sakinləri kimi öz doğma yurdlarına qayıdacaqlar”.

Mənbə: az.trend.az