Daha bir ölkə münaqişəyə cəlb edildi – RƏSMİ

Daha bir ölkə münaqişəyə cəlb edildi –

İsrail ordusunun sözçüsü Efi Defrin Yəmənin paytaxtı Sənaya zərbə endirilməsi ilə bağlı məlumatı təsdiqləyib.

Bununla da, Yaxın Şərqdə münaqişənin coğrafiyası genişlənib.

“İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr ölkə ərazisindən 2 min kilometrdən çox məsafədən uçaraq Yəmənin Səna şəhərinə zərbələr endirib. Müharibə eyni zamanda bir çox cəbhədə davam edir”, – E.Defrin bildirib.

Qeyd edək ki, iyunun 13-də hərbi əməliyyat başlayandan İsrail İranda 250-dən çox hədəfə hücum edib.

Defrinin sözlərinə görə, təkcə iyunun 15-nə keçən gecə İran və Yəməndən 60 raket və pilotsuz təyyarə buraxılıb.

Əliyar Xəlil

Mənbə: globalinfo.az