Erməni politoloq: “Paşinyanın Baş nazir olması əvvəldən absurdluq idi”

Erməni politoloq: “Paşinyanın Baş nazir olması əvvəldən absurdluq idi”

“Yeni bir Nikol və mənim addımımçılar üçün Ermənistanın resursları yoxdur”. Ordu.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan öz “Facebook” səhifəsində yazıb.

Danielyanın sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyanın uzaqlaşmalı olması hər bir ayıq və ya ən azı yarımayıq insanın tələbi olmalıdır.

“Onun Baş nazir olması əvvəldən absurdluq idi, çünki ölkə rəhbərini seçəndə onun peşəkar və keyfiyyət xüsusiyyətindən başqa həmçinin aydın olmalıdır ki, onun vasitəsilə hansı siyasəti və gələcəyin hansı layihəsini seçirik. Eynisini onun istefasını tələb edənlər haqqında demək lazımdır. Nikol de-fakto uğursuzluğa uğrayıb, lakin onun uzaqlaşması hələ azdır, yeni hökumətin gələcək siyasətinin layihəsi, eləcə də tezislər şəklində onun prinsipləri masaya qoyulmalıdır. Bizim yeni bir nikol və nikolçular üçün artıq resurslarımız yoxdur”, - deyə erməni politoloq yazıb.

Alpər Mövludoğlu
Ordu.az

Mənbə: ordu.az