“Nikol, səriştəsizliyinlə ölkəni fəlakətin astanasına çatdırmısan” – Farmanyan

“Nikol, səriştəsizliyinlə ölkəni fəlakətin astanasına çatdırmısan” – Farmanyan

“Get ki, tarixdə bütöv bir ölkəni və xalqı öz keçmişinin yaşantılarının, qeyri-sabit təbiətinin və balanssız davranışının əsirinə və qurbanına çevirmiş yeni bir faciəvi tale kimi xatırlanmayasan”. Ordu.az xəbər verir ki, bunu öz “Facebook” səhifəsində erməni siyasi-ictimai xadim Samvel Farmanyan yazıb.

“Nikol, gec olmamış get ki, tarixdə günümüzün “Joker”i kimi xatırlanmayasan. Nikol, bu gün Ermənistan böyük məyusluq var. Gözü olan bunu görəcək və qulağı olan eşidəcək. Doğrudur, məyus olanların böyük əksəriyyəti bu gün hələ susur ki, fövqəladə vəziyyətdir. Nikol, Ermənistanda sənin artıq hakimiyyətin yoxdur. Vəziyyət dəyişib. Səriştəsizliyinlə ölkəni fəlakətin astanasına çatdırmısan”, - deyə Farmanyan yazıb.

 

Mənbə: ordu.az