Prezident İlham Əliyevin obyektiv fikirlərini və ədalətli mövqeyini bəyənirik

Prezident İlham Əliyevin obyektiv fikirlərini və ədalətli mövqeyini bəyənirik

Prezident İlham Əliyevin iyun ayının 3-də Tərtər Olimpiya İdman kompleksinin

açılışında irəli sürdüyü fikirlər bütün Azərbaycan ictimaiyyətini narahat edən

problemlərlə bağlıdır. Burada ən mühum məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli və

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məsələyə münasibətdir.

Ölkə prezidenti mart və aprel aylarında Dağlıq Qarabağ xunta rejiminin keçirdiyi

seçki şoularının layiqli qiymətini vermişdir. Təsadüfi deyil ki, bu seçkilərin nəticələri

aparıcı beynalxalq təşkilatlar, o sıradan ATƏT-in həmsədrləri — ABŞ, Fransa və

Rusiya, Avropa ittifaqı, Avropa Parlamenti, Islam Əməkdaşlıq təşkilatı, Qoşulmama

Hərəkatı tərəfindən tanınmamışdır.

Prezidentin çıxışında bu hadisə ilə bağlı öz mövqeini bildirməyən AŞPA-nın

Azərbaycana münasibəti tamamilə düzgün təhlil edilmiş və onun mahiyyəti açılmışdır.

Bu qurumun anti-Azərbaycan mövqeyi həmişə özünü göstərmişdir. Keçirilən

monitorinqlər və ermənipərəst qüvvələrin hazırladığı qərəzlı hesabatlarda ölkəmizə

qarayaxma və ikili standartlar münasibətindən yaranan ədalətsiz yanaşmalar öz əksini

tapır.

Möhtərəm Prezident Ermənistanın indiki rəhbərliyinın sərsəm fikirlərini və

hərəkətlərini dəfələrlə göstərmiş və hətta nüfuzlu beynəlxalq tədbirlərdə onları ifşa

etmişdir. Tarix boyu biz həmişə xəbis erməni xislətinin şahidi olmuşuq: faşistlərlə sıx

əməkdaşlıq etmək, belə şəxslərə abidə ucaltmaq. Bütün dünya ölkələrinin indiki çətin

vəziyyətdə olduğu bir şəraitdə Dağlıq Qarabağ xunta rejimində seçkilərin keçirilməsi də

təsadüfi deyil.

Prezident İlham Əliyev AŞPA-nın fəaliyyətindəki Azərbaycanafobiya siyasətinin

əlamətlərini göstərərək Dağlıq Qarabağ münaqisəsinin sülh yolu ilə həllinə maneələr

yaradan Ermənistanın tərcübəsiz və naşı rəhbərliyinin iç-üzünü açmışdır. AŞPA

münaqişə üzrə alt komitənin fəaliyyətini iflic etmiş Ermənistanın mövqeyinə münasibət

bildirməmiş və hər vasitə ilə Azərbaycana qarşı qarayaxma sənədlər ortalığa

çıxartmaqla məşğul olmuşdur. AŞPA neçə ildir ki, Ermənistan həbsxanalarında

saxlanılan iki Azərbaycan vətəndaşının taleyi ilə maraqlanmaqdansa, fevral ayında Milli

Məclis keçirilən seçkilər haqqında yenə ədalətsiz münasibəti nümayiş etdirilmişdir.

Biz Prezidentin açiqlamaları ilə tam şərikik ki, Azərbaycanın tərəqqisini və

beynəlxalq cəmiyyətdə rolunun yüksəlıməsini istəməyən qüvvələr Azərbaycanafobiya

və islamafobiya siyasətini aparırlar. Ölkəmizin qüdrəti böhranlı və çətin şəraitlərdə də

dayanıqlı iqtisadi inkişafı və əhalinin sosial təminatının ödənilməsində özünü göstərir.

Koronavirus pandemiyasının yayıldığı son çətin dövrlərdə Prezidentin məqsədyönlü

siyasəti və qabaqlayıcı tədbirlər nəticəsində ölkəmiz daha az itğilər verdi. Belə bir

şəraitdə ölkəmizin Prezidenti dünyanı bürüyən bəlaya qarşı birlik nümayiş etdirilməyin

zəruri olduğunu göstərdi: öncə Türk Dövlətləri Şurası, sonra isə sədrlik etdiyi

Qoşulmama Hərəkatı ölkələrini təmsil edən Təmas qrupu dövlətlərinin sammitini təşkil

etdi və dünyanı bürüyən epidemiyaya qarşı mübarizədə əməkdaşlıq ortaya qoyuldu.

Azərbaycan 30-dan artıq ölkəyə yardım əlini uzatdı. Bu dünya səhnəsində Ermənistan

nə edə bilir? Məkr və hiylə ilə ələ alınan AŞPA kimi təşkilatların mahiyyəti özü-özünə

açılır. Qurumun son iclasında iştirakçıların sayı üçdən biri qədər olur, yaxud insan

hüquqları və demokratiyanı qorumaq adı altında təqdim olunan təsisatlarda polis

zorakalığının hökm sürməsi artıq bəşəriyyəti narahat edir.

Biz Prezident İlham Əliyevin obyektiv fikirlərini və ədalətli mövqeini tamamilə

bəyənirik.

Mənbə: sfera.az