Xameneinin bunkeri yenidən vuruldu - SON DƏQİQƏ

Xameneinin bunkeri yenidən vuruldu -

Tehranda yerləşən və ali rəhbər Əli Xameneinin sığınacağının ola biləcəyi əraziyə növbəti dəfə zərbə endirilib.

Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Yerli sakinlərin verdiyi məlumata əsasən, bölgədə güclü partlayış səsləri eşidilib. Hadisənin detalları və nəticələri barədə hələlik rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, sözügedən ərazi bundan əvvəl – iyunun 18-də də hədəfə alınmışdı.

Mənbə: musavat.com