XİN Suriyaya başsağlığı verdi

XİN Suriyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Dəməşqdə kilsədə baş verən terror aktı ilə bağlı Suriyaya başsağlığı verib.

Bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“Dəməşqdə Müqəddəs Elias kilsəsində baş verən dəhşətli terror aktını qətiyyətlə tənqid edirik. Qurbanların ailələrinə dərin hüznlə başsağlığı veririk”, - deyə paylaşımda qeyd olunub.

Mənbə: qafqazinfo.az