İsrail ordusunun Tehrana zərbələri nəticəsində SEPAH-ın xeyli sayda hərbçisi öldürülüb.
Bu barədə İsrail ordusu məlumat yayıb.
“Tehrana zərbələr endirən ordu bölmələri “Bəsic” və SEPAH-ın qərargahını hədəf alıb. Zərbələr zamanı SEPAH-ın yüzlərlə hərbçisi öldürülüb”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gün İsrail ordusu Tehranda hökumət binaları, SEPAH-ın bir sıra obyektləri də daxil olmaqla, bir sıra yerləri vurub.
Mənbə: axar.az