İran parlamenti Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığın dayandırılmasına dair qanun layihəsini təsdiq edib.
TASS-a istinadən xəbər verilir ki, bu barədə məlumatı İran parlamentinin nümayəndəsi Alireza Salimi açıqlayıb.
Bildirilib ki, İranın nüvə obyektlərinin təhlükəsizliyi təmin edilməyənə qədər AEBA müfəttişlərinin ölkəyə daxil olması qadağan ediləcək.
Mənbə: qafqazinfo.az