Müstəqil Azərbaycanın tarixində 15 iyunun rolu

Müstəqil Azərbaycanın tarixində 15 iyunun rolu

Sovetlər birliyindən ayrılandan sonra Azərbaycan 1991-ci ildə öz müstəqilliyini elan etdi...

Ancaq bu müstəqillik vətənimizə çox baha başa gəldi . Ölkəmizin hər yerində separatçılar tərəfindən ixtişaşlar törədilir, Cənubda, Şimalda hərə bir dövlət qurmaq iddiasında idi.Eyni zamanda hakimiyyət orqanlarında hərc-mərclik baş alıb gedirdi. Azərbaycan dövləti çətin dönəmlərini yaşadığı dövrdə 15 iyun 1993-cü ildə ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı demək olar ki, Azərbaycan dövlətinə yeni nəfəs verdi. Belə ki , Qarabağ uğrunda döyüşlərin şiddətli bir zamanında torpaqlar mənfhur erməni terrorçuları tərəfindən zəbt edilən bir vaxtda, hakimiyyət normal bir ordu yarada bilmədiyi vaxtda, Cənubdan Əlikram Hümbətov kimi seperatçı Talış Muğan Respublikası qurur. Sürət Hüseynov ordunu döyüş bölgəsindən geri çəkib Bakıya yeridirdi ki, hakimiyyətə gələcək. H.Əliyevin yenidən hakimiyyətə gəlişi ilə sabitlik yarandı. Ölkədə nizam-intizam bərpa oldu.

Heydər Əliyev Prezident seçildikdən sonra imzalanmış sazişlər , kontraktlar Azərbaycanın inkişaf yolunun başlanğıcı oldu. İlk növbədə atəşkəs elan olundu. Eyni zamanda hakimiyyətdə struktur dəyişiklikləri aparıldı. Yeni Parlament seçkiləri keçirildi. Dövlətimiz möhkəmləndi. Ətraf ölkələrdə nüfuz sahibi oldu. Dünyanın aparıcı dövlətlərinin Azərbaycana marağı artdı. Ölkəmizə sərmayə qoyuluşu artdı. Müxtəlif tanınmış şirkətlər istehsal üçün Azərbaycana sərmayə yatırdı. Beləliklə, 15 İyun Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Heydər Əliyevin hakimiyyətə qayıdışı Yeni Müstəqilliyi qazanmış ölkəmizə yenidən həyat verdi. Azərbaycanın parçalanmasının qarşısı alındı. Artıq tam əminliklə demək olar ki, Azərbaycan qüdrətli bir dövlətə çevrilmişdir.

Quliyev Əsabəli - Nəsimi rayonu sakini

pia.az

Mənbə: pia.az