Əfqanıstanın Baş nazirinin müavini ECO-nun 17-ci Zirvə görüşündə iştirak edəcək - FOTO

Əfqanıstanın Baş nazirinin müavini ECO-nun 17-ci Zirvə görüşündə iştirak edəcək -

Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qəni Baradar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Füzuli rayonuna gəlib.

Füzuli Beynəlxalq Hava Limanında qonağı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

Mənbə: apa.az