YAP Nəsimi rayon təşkilatının üzvü Aygül Orucova yazır...
Müstəqillik əldə etdikdən sonra Ermənistanda tez-tez siyasi hakimiyyətdə dəyişikliklərin baş verməsi ənənə halını almışdır. Bütün hakimiyyətlər hakimiyyəti ələ keçirdikdən sonra həmişə özündən əvvəlkilərə qarşı represstiv tədbirlər həyata keçirmiş, real rəqiblərini aradan çıxarmaq üçün bütün vasitələrdən istifadə etmişdir. Bu isə həmişə Ermənistanda siyasi böhran yaratmış, siyasi böhran nəticəsində hakimiyyət dəyişiklikləri olmuş insanların yaşayış şəraiti pisləşmişdir. Ermənistanın hazırki baş naziri Nikol Paşinyan boş vədlər verərək xalqı aldatmış, küçə yürüşləri və mitinqlər edərək hakimiyyətə gələrək onsuz da iqtisadi vəziyyəti pis olan Ermənistanın iqtisadiyyatını daha da dözülməz hala salmışdır.
Baş vermiş hadisələr bir daha sübut edir ki, küçə adamından baş nazir pilləsinə kimi irəliləmiş Nikol Paşinyan Amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti tərəfindən dəstəklənir. Bu gün Ermənistanda antisorosçuların həbsi dediklərimizin bariz nümunəsidir.
Ermənistanın hazırki hakimiyyəti ilə kilsə arasında da ciddi fikir ayrılıqları mövcuddur. Bunu müxtəlif səbəblərlə əlaqələndirsələrdə əsas məqsəd Nikol Paşniyanın şəxsi maraqları daxilindədir.
Çiçəklənən Ermənistan Partiyasının Ermənistandakı mövcud hökumətin tam tərkibdə istefası tələbinə Nikol Paşniyanın cavabı çox gecikmədi. Nikol Paşniyanın rəhbərliyi ilə 14 iyunda Çiçəklənən Ermənistan Partiyasının sədrinə və tərəfdarlarına qarşı bir gündə 3 cinayət işi açıldı. Hazırki Ermənistandakı durum siyasi böhran həddinə çatmışdır. Mövcud gərginliklərin olmasına, insan hüquqlarının pozulmasına və digər zorakılıq hallarının baş verməsinə baxmayaraq qərb dövlətləri susmaqda davam edir, beynəlxalq təşkilatlar isə mövcud durum barədə heç bir münasibət bildirmirlər. Qeyd etmək lazımdır ki, Avropa Şurası parlament Assambleyası, ATƏT-in media azadlığı üzrə nümayəndəsi baş verən qanunsuzluqlara qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Görünür ki, onların demokratiyasının fəlsəfəsi budur. Baş verən hadisələrə belə laqeyd münasibət Nikol Paşniyanın necə demokrat olmasını və kimə işləməsini açıq şəkildə göstərir.
pia.az
Mənbə: pia.az