İşdən çıxarıldığı üçün Putini məhkəməyə verən rəsmi vəfat edib

İşdən çıxarıldığı üçün Putini məhkəməyə verən rəsmi vəfat edib

Rusiyanın Çuvaşiya muxtar bölgəsinin keçmiş rəhbəri Mixail İqnatyev prezident Vladimir Putin tərəfindən vəzifəsindən azad edilməsinə etiraz məqsədi ilə qaldırılmış məhəkəmə işinə baxılmasına bir neçə gün qalmış xəstəxanada həyatını itirib.

Çuvaşiya parlamentinin saytında iyunun 19-da 58 yaşlı keçmiş rəsminin vəfat etməsi xəbərini təsdiqlənib.

Onun ölümünə heç bir səbəb göstərilməsə də, yerli mediada keçən ay İqnatyevin Sankt-Peterburq şəhərindəki bir xəstəxanada sətəlcəm xəstəliyindən müalicə aldığı bildirilmişdi. Xəbərlərdə onun vəziyyətinin çox ciddi olduğu deyilirdi.

Rusiyanın Ali Məhkəməsi may ayında İqnatyevin Putinə qarşı qaldırdığı məhkəmə iddiası iyunun 30-da başlayacağını bildirmişdi.

Putin İqnatyevi hakim Vahid Rusiya partiyası onu öz sıralarından kənarlaşdırdıqdan sonra işdən azad etmişdi. Buna səbəb isə onun Mətbuat Gününə həsr olunmuş bir tədbirdə hakimiyyəti tənqid edən "jurnalistləri silmək lazımdır" deməsindən sonra ictimai tənqid dalğası ilə üzləşməsi olub.

Bundan əlavə həmin ay İqnatyevin Rusiya televiziya kanallarında Çuvaşiyanın paytaxtı Çeboksarıda keçirilən bir ictimai tədbirdə bir yanğınsöndürənə atlayıb yeni yanğınsöndürmə maşınının açarlarını gətirməsini söylədiyini göstərən videogörüntü də geniş tənqidlərə yol açmışdı.

Mixail İqnatyev bu günə qədər Putini işdən çıkarıldığı üçün məhkəməyə verən ilk keçmiş vəzifəli şəxs idi.

Mənbə: www.amerikaninsesi.org