Berlin, London və Paris Tehranın iştirakı ilə görüş keçiməyi düşünürlər

Berlin, London və Paris Tehranın iştirakı ilə görüş keçiməyi düşünürlər

Almaniya, Böyük Britaniya və Fransa Tehranla əhəmiyyətli əməkdaşlığı qorumağa hazırdır və İranın iştirakı ilə nazirlər səviyyəsində görüş keçirməyi düşünürlər.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə açıqlamanı Berlində görüşdükdən sonra üç ölkənin xarici işlər nazirləri Hayko Maas, Dominik Raab və Jan-İv Le Drian verib.

“İran üzrə “Avropa üçlüyü” səmərəli və dürüst yaxınlaşmaya hazır olduğunu bir daha təsdiqləyir və İrandan konstruktiv cavab gözləyir. Biz Tehranı əməkdaşlığa cəlb etmək və İranın nüvə proqramı məsələsi üzrə mübahisələrin həlli mexanizminin necə olduğunu dəyərləndirmək üçün nazirlər səviyyəsində görüş keçirməyə çalışacağıq”, - deyə açıqlamada qeyd olunur.

Mənbə: apa.az