Ermənistanda daxili ictimai - siyasi vəziyyətin analizi

Ermənistanda daxili ictimai - siyasi vəziyyətin analizi

Ermənistanın bugünkü durumunun səbəbləri çox uzun bir siyasətin xəstə təxəyyülünün bariz təzahürüdür. Əfsuslar olsun ki, bu siyasət irsi və xroniki hal almış, bu gun də davam edir .. Bu fikirləri söylıməklə Ermənistanda baş vermiş çoxlu sayda hadisələri sadəcə olaraq xatırlamaq lazımdır. Maraqlısı odur ki, nə qədər hakimiyyət dəyişikliyi baş verməsinə baxmayaraq, onlarda bu zəhərlənmiş kurs birindən digərinə ötürülür və davam etdirilir.

Doğrusu hər hansı kurs və ya ideyanı dəstəkləmək , davam etdirmək yaxşı bir işdir. Amma dəstəklədiyin kurs və ideya xəstə təxəyyülə söykənirsə, orada qan-qada varsa, öz vətəndaşlarına və ya ətrafdakılara ziyan gətirərsə , ondan əl çəkmək daha xeyirlidir, nəinki onu çox ağılsızcasına davam etdirəsən.

Ermənistanda baş verənlər xəstə siyasətin tazahürləridir. Sovetlər birliyində yaşayan Ermənistanla, bugünkü Ermənistanın siyasətində yaxşılığa doğru heç bir dəyişiklik yoxdur. Vaxtı ilə Respublikaya rəhbərlik edən şəxslərdən hər hansı biri qismən mütərəqqi fikirdə olsa, onu o dəqiqə aradan götürürlər.

Bu ölkədə azad söz, azad fikir, demokratiya onlar üçün əl çatmazdır. Maraqlısı ondadır ki, həmişə özlərinin xəstə siyasətlərini ört-basdır etmək üçün ən iyrənc alçaqlıqlara əl atırlar. Özlərini yazıq, əzilmiş hər yandan blokadaya alınmış kimi aparırlar. Onların avantürist siyasəti Qərb dövlətləri tərəfindən dəstəklənir. Digər dövlətlərlə münasibətdə ikili standartlar tətbiq edilir. Qərbdə və ABŞ-da inkişaf etmiş güclü lobbiçilik həmişə Ermənistanın dayağı kimi çıxış edir, bütün yalanları, neqativləri dünya ictimaiyyətinə doğru kimi çatdırır və hamını aldadır. 2017-ci ildə Ermənistanda parlament seçkiləri keçirildi. Seçkiləri müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirdi. 2019-cu ildə BMT baş assambleyasında çıxış edən Ermənistanın baş nazıri Nikol Paşinyan 2018-ci ilin dekabrında keçirlmiş yeni seçkilərə toxunaraq demişdi : "25 il ərzində ilk dəfə bu seçkilər və onun nəticələri hamılıqla qəbul edilmiş və heç bir pozuntu olmamışdır”.

Bu fakt erməni xislətinin, erməni yalanının hakimiyyətin rəhbərliyi tərəfindən dilə gətirilir. Belə çoxlu sayda nümunələr gətirmək olar.

Ermənistan hakimiyyətini mən oyuncaq hakimiyyət adlandırardım. Bunu deməyə də tarixi faktlar, əsaslı dəlillər nə qədər desəniz var. Müstəqil söz sahibi olmayan, müəyyən dövlətlərin " əl ağacı " funksiyasını yerinə yetirəni başqa cür necə adlandırmaq olar?

Küçədən gələn baş nazir N.Paşinyanın heç bir platforması yoxdur. Əlbəttə o , amerikalı iş adamı Corc Sorosun sifarişlərini yerinə yetirmək məcburiyyətindədir. Hakimiyyət başına gəlmək qəhrəmanlıq deyil, hakimiyyəti idarə etmək lazımdır. İdarə etmək üçün bacarıq, qabiliyyət, ən əsası idarəetmə təcrübəsinin olması əsas şərtdir. Bunların heç biri indiki baş nazir Paşinyanda olmadığına görə idarə etdiyi ölkənin durumu bundan artıq ola bilməz.Vətəndaşlarla, sahibkarlarla, hətta kilsə ilə münasibət qura bilməz. N.Paşinyanın koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşır.

Ermənistan hakimiyyətinin daxilində baş verənləri, bugünkü hakimiyyətin açıq okeanda kapitansız bir gəminin taleyi ilə eyni olduğu müqayisəsini etmək olar.

Bütün bu özbaşınalıqlar, itaətsizlik baş nazirin vaxtilə populist çıxışlarının adekvat cavabıdır. Verdiyi heç bir sözə əməl etməyən, daha doğrusu, əməl edə bilməyən, Paşinyan bu günü görə bilməzdi. Belə ki, verilən sözün əmələ çevrilmə qaydasını bilməyən baş nazir hakimiyyətə gəldikdən sonra demokratiya adı altında tanınmış siyasi və ictimai xadimlərə qarşı səlib yürüşü başladı.

Baş nazir N.Paşinyan və ona qədərki dövlət başçıları hələ də anlamırlar və ya anlamaq istəmirlər ki onların düşdükləri bu bəlanın əlacı qonşulara qarşı normal münasibətdən, terrorçu- işğalçı siyasətindən əl çəkmələrindən keçir. Qloballaşan dünyada genetik irsi xəstəliyin əsarətindən qurtarmağın vaxtı çoxdan çatıb. Əks təqdirdə bu əsarətdən sağlam düşüncənin hesabına qurtara bilməsələr bu xislət, bu xəstəlik onların bir millət kimi yer üzündən silinib yox olmasına səbəb olacaq.

Nazir Əhmədov

Nəsimi rayon təhsil işçisi

Mənbə: sfera.az