"Azərbaycan və Ermənistan liderləri niyə Birləmiş Ərəb Əmirliklərində görüşürlər? Ona görə ki, Birləşmiş Ərəb Əmirliklərinin hər iki ölkəyə yatırımları ildən ilə artır, söhbət milyardlarla dollardan gedir".
Bunu politoloq Elxan Şahinoğlu bldirib.
O qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri Ermənistanın ən böyük investoruna çevrilib, Əbu-Dabi Rusiyanı geridə qoyub, Azərbaycanda da iqtisadi maraqları mövcuddur:
"Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, Cənubi Qafqazda sülh və əməkdaşlıq Birləşmiş Ərəb Əmirliklərinin həyati maraqları içərisindədir. Bu ölkə bununla həm də yatırımlarının təhlükəsizliyini təmin etmiş olur. Digər tərəfdən, Birləşmiş Ərəb Əmirlikləri sülh quruculuğunda qonşularından geri qalmaq istəmir. ABŞ Talibanla razılaşmanı Qətərdə əldə etmişdi, amerikalı diplomatlar iranlı həmkarlarıyla danışılqarı Omanda aparırdılar".
Mənbə: www.bakupost.az