Azərbaycanın qonşuluğunda BÖYÜK QIRĞIN başlana bilər - Rusiyadan DƏHŞƏTLİ XƏBƏRDARLIQ

Azərbaycanın qonşuluğunda BÖYÜK QIRĞIN başlana bilər - Rusiyadan  DƏHŞƏTLİ XƏBƏRDARLIQ

Rusiya Yaxın Şərqə 1,5 min hərbçinin göndərilməsi haqqında ABŞ-ın qərarını BMT Təhlükəsizlik Şurasında qaldıra bilər.

 "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Federasiya Şurasının beynəlxalq işlər üzrə komitənin sədr müavini Vladimir Cabarov bildirib.

"Rusiya, düşünürəm ki, bu məsələni BMT Təhlükəsizlik Şurasında rəsmən qaldıracaq. ABŞ prezidenti Donald Tramp odla oynayır, orada böyük qırğın başlana bilər", - senator deyib.

Cabarov bildirib ki, Tramp Yaxın Şərqə əlavə hərbi qüvvə göndərməklə İranı provokasiyaya çəkməyə, həmçinin onu qorxutmağa və əsəblərini yoxlamağa çalışır.

"Mən ümid edirəm ki, Tramp bununla partlayış təhlükəsi olan regionda hərbi hərəkətləri provokasiya etməyəcək. İran İraq və Əfqanıstan deyil, İran ciddi və güclü gücdür, burada insanlar mənəvi liderin ətrafında birləşiblər", - o vurğulayıb.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ Yaxın Şərqə əlavə təxminən 1,5 min hərbi qulluqçu göndərəcək. Onun sözlərinə görə, bu addım artıq regionda olan Amerika hərbçilərini qorumağa xidmət edəcək.

Qeyd edək ki, İran ətrafında vəziyyət Vaşinqtonun Fars körfəzinə hərbi donanma göndərmək barədə qərarından sonra gərginləşib. Vəziyyətin kəskinləşməsi fonunda ABŞ daha əvvəl Fars körfəzinə ən azı yeddi hərbi gəmi və ona yaxın "Patriot" zenit-raket kompleksini çatdırıb.

Öz növbəsində, İran İslam İnqilabı Keşikçilər Korpusunun komandanının müavini Əli Fadavi bildirib ki, İranın Silahlı qüvvələri Yaxın Şərqdə ABŞ-ın hərbi gəmilərinin hərəkətlərinə nəzarət edir.

Mənbə: olaylar.az