Lukaşenko xəbərdarlıq edib: Belarus ərazisinin bir hissəsini itirə bilər

Lukaşenko xəbərdarlıq edib: Belarus ərazisinin bir hissəsini itirə bilər

O xatırladıb ki, 1939-cu ildə Belarus SSR-nin sərhədi Minsk yaxınlığından keçib və Qırmızı Ordu Polşanın tərkibində olan Qərbi Belarusu birləşdirməsəydi, indi dövlətin sərhədləri tamamilə fərqli olardı.

Belarus Prezidenti Aleksandr Lukaşenko Minsk bölgəsinin fəalları qarşısında qapalı çıxışında xəbərdarlıq edib ki, respublika ərazisinin bir hissəsini itirə və 1921-ci ilin sərhədlərinə qayıda bilər.

Sputnik Azərbaycan xəbər verir ki, görüşün fraqmentləri "Belarus 1" telekanalında nümayiş olunub.

"Sizinlə geridə qoyduğumuz günlərə qayıtmağımıza imkan verməyin. Düşünürəm ki, uşaqlar indi 1921-ci ili, Riqa müqaviləsini göstərəcəklər (ekranda Belarusun 1921-1946-ci illərdə sərhədinin xəritəsi görünür – red.). Bu çəhrayı zolağı görürsünüz? Bunlar bizim 21-ci ildən Belarus üçün döyüşən soydaşlarımızdır. Bax, bizə 21-ci ildən qalan budur", - Belarus lideri ölkənin dağılması təhlükəsi barədə danışarkən deyib.

O xatırladıb ki, 1939-cu ildə Belarus SSR-nin sərhədi Minsk yaxınlığından keçib. Lukaşenkonun sözlərinə görə, əgər həmin ilin payızında Qırmızı Ordu Polşanın tərkibində olan Qərbi Belarusu birləşdirməsəydi, indi dövlətin sərhədləri tamamilə fərqli olardı.

Mənbə: sputnik.az