Ərdoğana xoş xəbər – Kürəkəni açıqladı

Ərdoğana xoş xəbər – Kürəkəni açıqladı

Türkiyənin maliyyə naziri Berat Albayrak dördüncü dəfə ata olub.

Teleqraf.com xəbər verir ki, o, bu barədə özünün Tvitter hesabında yazıb.

“Rəbbimə şükürlər olsun, bu gecə dördüncü övladımız Həmzə Saleh ailəmizə, dünyamıza səfalar gətirdi. Sevimli həyat yoldaşım Əsraya bizə bu xoşbəxtliyi yenidən yaşatdığı üçün sevgi və minnətdarlığımı bildirirəm”, - Albayrak yazıb.

Berat Albayrak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.

Mənbə: teleqraf.com