Ərdoğan CXP-nin homoseksuallara dəstəyi ilə bağlı  kəskin  bəyanat verdi...

Ərdoğan CXP-nin homoseksuallara dəstəyi ilə bağlı  kəskin  bəyanat verdi...

Koronavirus pandemiyasının baş qatdığı bir zamanda Azərbaycanda da “LGBT”, “feministlər” və s. əxlaqsız hərəkatlar fəallaşa bilər..."

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 29-da ölkədə “LGBT” icmasının fəaliyyətinə qarşı keçirilmiş hökumət iclasından sonra bəyanat verib.

Moderator.az-ın “Sabah” nəşrinə istinadla verdiyi xəbərə görə, Türkiyə lideri çıxışında üzdəniraq “LGBT” cəmiyyəti ilə bağlı xalqa müraciət edərək deyib:

“Millətimin bütün üzvlərini ehtiyatlı olmağa və Allahımızın qadağan etdiyi hər hansı bir ifrata və ya əxlaqsızlığa qarşı çıxmağa çağırıram. Ölkəmizə geniş bir baxışla xidmət edərkən bəziləri milli və mənəvi dəyərlərimizi, heysiyyatımızı təhqir etməyə çalışırlar. Bu cür hərəkəti dəstəkləyənlərin hamısı gözümüzdə eyni bidətin tərəfdarıdır. Onların bu ölkədə kök salmaq imkanları yoxdur...”

"Ərdoğan, həmçinin Türkiyədəki "LGBT" problemini həll edə biləcək bir qanun layihəsinin iyunun 30-da parlamentə təqdim olunacağını söyləyib.

Xəbərdən o da bəlli olur ki, müxalif və demokrat hesab olunan Cümhuriyyət Xalq Partiyasının bir sıra üzvləri, o cümlədən gənclər təşkilatları ölkədə əxlaqsızlığı təbliğ edən "LGBT"(homoseksuallar, transeksulların və s. birliy) hərəkatına dəstəklərini ifadə edib. Onlar arasında CXP-nin İstanbuldan olan deputatı Sezgin Tanrıkulu da var...

P.S. Koronavirus pandemiyasının baş qatdığı bir zamanda digər müsəlman ölkələri kimi Azərbaycanda da super güclərin dövlətləri, xalqları təzyiq altında saxlamaq aləti olan “LGBT”, “feministlər” və s. hərəkatlar fəallaşa bilər...

Sultan Laçın

Mənbə: moderator.az