Peskov: Rusiya ABŞ hərbçilərini öldürmək üçün "Taliban”a pul ödəmir, yalan söhbətdir

Peskov: Rusiya ABŞ hərbçilərini öldürmək üçün "Taliban”a pul ödəmir, yalan söhbətdir

The New York Times qəzetinin Rusiya kəşfiyyatının ABŞ hərbçilərinin öldürülməsinə görə Əfqanıstandakı “Taliban” yaraqlılarına pul ödəməsi barədə yaydığı məlumatlara Dmitri Peskov NBC-yə verdiyi müsahibəsində münasibət bildirib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yayıb.

Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri deyib ki, informasiya “100 faiz yalandır”.

Peskov, həmçinin Moskvanın belə bir davranış tərzi seçə biləcəyi ehtimalını “absurd” adlandırıb və əlavə edib ki, “belə bir vəziyyətin ümumiyyətlə mümkün olduğunu düşünmür.”

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az