Çin parlamenti Honkonqda milli təhlükəsizliyə dair qanunu qəbul etdi

Çin parlamenti Honkonqda milli təhlükəsizliyə dair qanunu qəbul etdi

Çin Ümumxalq Nümayəndələr Məclisinin Daimi Komitəsi bu gün Honqkonq Milli Təhlükəsizlik Qanununu qəbul edib.

“Qafqazinfo” “South China Morning Post” nəşrinə istinadən xəbər verir ki, qanun komitənin 162 üzvü tərəfindən yekdilliklə qəbul edilib. Mənbələrə görə, qanun bu gün günortadan sonra “Sinxua” xəbər agentliyi tərəfindən elan ediləcək və sabah qüvvəyə minəcək.

Qanun ölkənin mərkəzi hökumətinin öhdəliklərini və Honqkonq xüsusi inzibati bölgəsinin milli təhlükəsizliyini təmin etmək məsuliyyətini müəyyənləşdirir və dörd əsas növ cinayətə görə cəza verilməsini təmin edir: separatçı fəaliyyət, dövlət gücünə xələl gətirmək, terror fəaliyyəti, xarici dövlətlər və ya xaricdə yerləşən qüvvələr ilə əməkdaşlıq çərçivəsində milli təhlükəsizliyə zərər vurmaq.

Qeyd edək ki, qanunun qəbul edilməsi ABŞ və Qərb ölkələri tərəfindən tənqidlərə səbəb olub. Vaşinqton isə öz növbəsində Çin rəsmilərinə viza məhdudiyyətləri tətbiq edib.

Mənbə: qafqazinfo.az