Bəy, gəlin və qonaqların koronavirus testindən sonra toylar keçirilə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycanda pandemiyaya görə elan olunmuş karantin rejimi avqustun 1-ə kimi uzadılıb. Eləcə də toyların keçirilməsinə qoyulan qadağa da avqustun 1-ə kimi qüvvədədir. Deputatlar və digər ictimai xadimlər tərəfindən karantin rejimində toylara müxtəlif qaydalara əməl etməklə icazə verilə biləcəyi ilə bağlı fikirlər səsləndirməkdədir. Azərbaycanda gəlin, bəy və qonaqlar koronavirus testindən keçdikdən sonra toyların keçirilməsinə icazə verilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Fazil Mustafa bildirib ki, vəziyyəti doğru qiymətləndirən insanlar bu addımı atırlar:

"Təəssüf ki, elə insanlar var ki, toyda qohumlar, xalalar, bibilər, əmilərin iştirak etməyini istəyənlər hələ də gözləyirlər. Burada məncə gözləməyə ehtiyac yoxdur. Ailə qurmalıdır. Hesab edirəm ki, elə bir şərait yaradılmalıdır ki, toyda iştirak edən şəxslərin müəyyən testlərdən keçirilməsi mümkün olsun. Əlbəttə də uşaqların virusa yoluxmaması üçün bu prosesdən uzaq saxlanılmalıdır. Təxminən kiçik dairələrdə ev əhlinin belə bir variantda toyları gerçəkləşdirməsi doğru olardı. Mən yenə o fikrimdə dayanıram ki, gəlin və bəyin adına hesab açılmalıdır. İnsanlar gəlin və bəyə dəstək olmaq üçün bank vasitəsi ilə müəyyən vəsaitlərini köçürsünlər. Bununla da məsələ optimal variantda həll edilə bilər".

Big.az

ƏVVƏLKİ XƏBƏR

"Qızlar evdə qalıb, məni kim alacaq?" - Azərbaycanlı rəqqasə

SONRAKI XƏBƏR

ABŞ bir neçə ölkəyə ixracı sərtləşdirdi