Parlamentin toplantısı başladı - 7 qanun layihəsi

Parlamentin toplantısı başladı - 7 qanun layihəsi

Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, iclası spiker Sahibə Qafarova aparır.

Deputatların gündəliyinə 7 qanun layihəsi təqdim edilib. Qanun layihələrinin hamısı üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, bu, növbədəkənar sessiyasının sonuncu iclasıdır. Qərara əsasən ehtiyac yarandığı halda 15 iyul tarixinə qədər iclas salına bilər.

 

Mənbə: teleqraf.com