Razi Nurullayev: “QHT-lər zəifləyib və Prezidentin dediyi ictimai nəzarəti həyata keçirə bilmir” - VİDEO

Razi Nurullayev: “QHT-lər zəifləyib və Prezidentin dediyi ictimai nəzarəti həyata keçirə bilmir” - VİDEO

“Əvvəlki illərdə qanunvericiliyə QHT-lərin fəaliyyətini məhdudlaşdıran müddəalar daxil edilib. Bu səbəbdən qrantların alınmasında QHT-lər ciddi çətinliklə üzləşir”.

Cebhe. info xəbər verir ki, bunu deputat Razi Nurullayev ARB kanalındakı çıxışı zamanı deyib.

Deputat qeyri-hökumət sektorunun indiki vəziyyəti, qarşılaşdığı problemlər və onların həlli yolu barədə danışıb.

Qeyd edib ki, məhz bu problemlər səbəbindən QHT-lər və vətəndaş cəmiyyəti zəifləyib, dövlət başçısının da çıxışlarında dəfələrlə vurğuladığı ictimai nəzarəti həyata keçirə bilmir.

Daha ətraflı süjetdə izləyin.

Cebhe. info

Mənbə: cebhe.info