Rusiyada seçicilərin 78 faizi Konstitusiyaya düzəlişlərə səs verib

Rusiyada seçicilərin 78 faizi Konstitusiyaya düzəlişlərə səs verib

Rusiyada səsvermələrdə iştirak edən seçicilərin 77,93 faizi Konstitusiyaya düzəlişlərin lehinə səs verib.

"Report"un məlumatına görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) protokolların 99,9 faizdən çoxunun hesablanmasına əsasən bildirib.

Komissiyanın məlumatına görə, seçicilərin 21,26 faizi Konstitusiyaya düzəlişlərin əleyhinə çıxıb.

Qeyd edilir ki, seçici fəallığı 65 faiz təşkil edib.

Bəzi regionlarda artıq protokolların hamısı hesablanıb.

Mənbə: www.bizimyol.info