Qətər Suriyaya bu məbləğdə yardım etməyə hazırlaşır

Qətər Suriyaya bu məbləğdə yardım etməyə hazırlaşır

Eastnews.org-un verdiyi xəbərə görə, Qətər suriyalılara kömək üçün əlavə olaraq 100 milyon dollar məbləğində yardım ayıracaq.

Bu barədə Qətər Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd ibn Abdurrəhman Əl Tani Suriya ilə bağlı 4-cü Brüssel Konfransı zamanı bildirib. Onun sözlərini Qətər Xarici İşlər Nazirliyi “Twitter” sosial şəbəkəsindəki mikrobloqda sitat gətirib.

Suriya Konfransı Aİ və BMT tərəfindən virtual formatda keçirilib.

Qətər rəsmisinin sözlərinə əsasən, Suriya böhranının başlamasından bu günə kimi bu ölkəyə 2 milyard dollardan artıq yardım edilib.

Mənbə: RİA

Mənbə: eastnews.org