İraq Baş naziri "Həşd-Şabi" komandirləri ilə görüşüb

İraq Baş naziri "Həşd-Şabi" komandirləri ilə görüşüb

Eastnews.org-un verdiyi xəbərə görə, İraqın "Həşd-Şabi" müqavimət hərəkatına yaxın mənbə İraq baş naziri Mustafa Kaziminin "Həşd-Şabi" komandirləri ilə görüşdüyünü açıqlayıb.

Məlumata görə, toplantı əl-Dura bölgəsində "Həşd-Şabi" qüvvələrinin qərargahında baş tutub. Görüşdə son zamanlar baş verən hadisələr müzakirə olunub.

İraq rəsmisi "Shafaq News" a bildirib ki, İraq Baş naziri "Həşd-Şabi" komandirlərini və terrorizmlə mübarizə komandirlərini döyüş bölgələrində tərəfdaş və dost olduqlarına görə toplayıb.

"Həşd-Şabi" təşkilatının informasiya idarəsinin baş direktoru qeyd edib ki, bu görüşün məqsədi fitnəni dayandırmaq idi.

Mənbə: FNA

Mənbə: eastnews.org