Milli Bankın keçmiş sədri Lukaşenkonun yalanını üzə çıxardı: "Onun sözləri savadsız insanlar üçündür"

Milli Bankın keçmiş sədri Lukaşenkonun yalanını üzə çıxardı: "Onun sözləri savadsız insanlar üçündür"

Belarusda keçiriləcək prezident seçkiləri ərəfəsində Aleksandr Lukaşenko ölkənin bütün sakinləri üçün ikiqat maaş artımını elan edib.

KONKRET.az xəbər verir ki, Belarus Milli Bankının keçmiş sədri Stanislav Boqdankeviç belə bir bəyanatı şişirdilmiş hesab edir.

Onun sözlərinə görə, on ildir ölkə iqtisadiyyatı dəyişməyib və belə bir bəyanat Lukaşenko tərəfindən seçiciləri özünə cəlb etmək üçün istifadə olunur.

“Prezidentin bu sözləri inanan, savadsız və cahil insanlar üçün bir ifadədir” deyə ekspert bildirib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az