Səudiyyə Ərəbistanı Yəmən paytaxtına azı 20 aviazərbə endirib, ölənlər var

Səudiyyə Ərəbistanı Yəmən paytaxtına azı 20 aviazərbə endirib, ölənlər var

Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi hərbi koalisiya ötən gün Yəmənin paytaxtı Səna şəhəri və ətrafına azı 20 hava zərbəsi endirilib...

Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi hərbi koalisiya ötən gün Yəmənin paytaxtı Səna şəhəri və ətrafına azı 20 hava zərbəsi endirilib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanın hərbi təyyarələri ötən gün təkcə Səna şəhərinə 20, Səna əyalətinə isə ümumilikdə 39 hava zərbəsi endirilib.

Eləcə də hava zərbələri Yəmənin Səda əyalətini xüsusilədə Səda şəhərinin mərkəzini hədəfə alıb.

Təkcə Səda şəhərində biri qadın və biri qız uşağı olmaqla iki nəfərin öldüyü və yeddi mülki şəxsin yaralandığı deyilir.

Səna şəhərinə endirilən hava zərbələri də canlı itkilərlə nəticələnib.

Mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən İnqilabının Ali Siyasi Şurası”nın üzvü Məhəmməd Əli əl-Husi bu hava zərbələrinə münasibət bildirib və Yəmənlilərin cavab verməyə haqları çatdığını deyib.

O bildirib ki, “ABŞ Dövlət Katibliyinin İran üzrə xüsusi nümayəndəsi Brayan Hukun Səudiyyə rəsmilərilə görüşməsi və onlara yeni dəstəklər verməsindən sonra ikinci Yəmənə təcavüzünü artırıb.”

Mənbə: www.interaztv.com