İsrail və ABŞ səfirləri Vatikana çağırıldı...-SOS!..

İsrail və ABŞ səfirləri Vatikana çağırıldı...-SOS!..

Vatikanın Dövlət katibi, kardinal Pietro Parolin İsrailin Yəhuda və Samariya ərazilərinin bir hissəsini ilhaq etmək planını müzakirə etmək üçün İsrail və ABŞ səfirlərini müzakirəyə çağırıb.

Moderator.az xəbər verir ki, bu haqda informasiyanı iyulun 2-də İsrailin “Ynet” saytı açıqlayıb.

Müqəddəs Taxt-Tacın Dövlət katibi Kardinal Pietro Parolin İsrailin belə bir planının nəticələrindən narahatlığını ifadə edib.

“Birtərəfli addımlar Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həlli perspektivlərini təhlükə altına qoyur və eyni zamanda Yaxın Şərq regionunda stabilliyi poza bilər” –deyə Vatikan rəsmisi bildirib.

Sultan Laçın

 

 

Mənbə: moderator.az