Qazaxıstanda Nursultan Nazarbayevin abidəsi açıldı

Qazaxıstanda Nursultan Nazarbayevin abidəsi açıldı

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində bu gün ölkənin ilk prezidenti Nursultan Nazarbayevə abidə qoyulub.

KONKRET.az xəbər verir ki, ölkənin hazırkı prezidenti Qasım-Jomart Tokayev onlayn açılış mərasimində iştirak edib.

Dövlət başçısı çıxışında qeyd edib ki, Nursultan Nazarbayev müstəqil dövlətin strateji inkişaf yolunu müəyyənləşdirən və ümumi məqsədə çatmaq naminə xalqı birləşdirən müasir Qazaxıstanın qurucusudur.

Prezidentin sözlərinə görə, Qazaxıstan Silahlı Qüvvələri ilk prezidentin fərmanı ilə yaradıldığı üçün Milli Müdafiə Universitetində abidənin ucaldılması dərin rəmzi bir məna daşıyır.

Mənbə: konkret.az