Qırğızıstanda son sutkada koronavirusdan 23 nəfər ölüb

Qırğızıstanda son sutkada koronavirusdan 23 nəfər ölüb

Son sutkada Qırğızıstanda koronavirusdan 23 nəfər həyatını itirib. Bu, pandemiya dövründə ölkədə sutka ərzində ən çox ölüm faktıdır. Beləliklə, ölkədə ölənlərin sayı 120 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi Aynura Akmatova Bişkekdə keçirdiyi brifinqdə məlumat verib. O deyib ki, son sutkada Qırğızıstanda 506 yoluxma faktı qeydə alınıb.

Hazırda ölkənin xəstəxanalarında 1734 pasiyent var, onların 337-si ağır vəziyyətdə, 112-si reanimasiya şöbəsindədir.

Mənbə: azertag.az