Bayden populyarlıq baxımından Trampı qabaqlayır

Bayden populyarlıq baxımından Trampı qabaqlayır

ABŞ-da prezidentliyinə namizəd demokrat Co Bayden hazırkı dövlət başçısı Donald Trampı 12 maddə üzrə qabaqlayır...

ABŞ-da prezidentliyinə namizəd demokrat Co Bayden hazırkı dövlət başçısı Donald Trampı 12 maddə üzrə qabaqlayır.

İnterAz RİA Novosti-yə istinadla xəbər verir ki, bunu "Monmouth" Universitetinin keçirdiyi ictimai rəy sorğusu göstərir.

Qeydiyyata alınmış seçicilərin 53 faizi Baydenə, 41 faizi Trampa səs verməyə hazırdır.

İyunun əvvəlində Baydenin reytinqi mənfi idi, 49 faiz seçici onu təqdir etmirdi.

Trampın reytinqi hələ də mənfi qalıb. 38 faiz seçici onun fəaliyyətini təqdir edir, 55 faizi isə ona qarşı çıxış edir.

Bir ay müddətində bu rəqəmlər demək olar dəyişməyib.

Mənbə: www.interaztv.com