İraq Türkiyədən 3 quruma şikayət etmək istəyir

İraq Türkiyədən 3 quruma şikayət etmək istəyir

İraq ərazisində birtərəfli əməliyyatlar bölgədə təhlükəsizliyi təmin etməyəcək.

Axar.az xəbər verir ki, bunu İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əs-Səhhaf Türkiyənin “Pəncə-Qaplan” əməliyyatı ilə bağlı danışarkən deyib.

“Bu əməliyyatlar eyni zamanda terrorizmlə mübarizədə ortaq səylərə töhfə verməyəcək. İraq suverenliyinin pozulmasına cavab olaraq bütün variantlara ələ atacaq. Bundan sonra Ərəb Dövlətləri Liqasını səfərbər etmək, İslam Əməkdaşlıq Təşkilatı vasitəsilə təzyiq göstərmək və BMT-nin Təhlükəsizlik Şurasına şikayət etməklə bağlı varinatları dəyərləndirəcəyik”, - XİN sözçüsü bildirib.

Qeyd edək ki, Türkiyə ordusu İraqın şimalında PKK-ya qarşı “Pəncə-Qaplan” əməliyyatını keçirir.

Mənbə: axar.az