Paytaxtda Nazarbayevin abidəsi ucaldıldı

Paytaxtda Nazarbayevin abidəsi ucaldıldı

Qazaxıstan paytaxtında bu gün sabiq Prezident Nursultan Nazarbayevin abidəsinin açılışı olub. Abidə Milli Müdafiə Universitetinin qarşısında ucaldılıb. Bu Universitet də ölkənin birinci prezidentinin adını daşıyır.

Cebhe.info xəbər verir ki, mərasimdə Prezident Qasım Comərd Tokayev də iştirak edib.

"Hər bir ölkənin tarixində unikal şəxsiyyətlər olur. İndiki nəslin borcu onların əməyini qiymətləndirməkdir", - deyə dövlət başçısı bildirib.

Xatırladaq ki, Nursultan Nazarbayevin 6 iyulda 80 yaşı tamam olacaq. O, bu günlərdə koronavirusa yoluxsa da, artıq sağalıb.

Mənbə: cebhe.info