Miqrantlar pulsuz test edildi

Moskvada və Moskvaətrafı bölgədə işləyən özbəkistanlı miqrantlara koronavirusa qarşı pulsuz test-diaqnostikası edilib.

Cebhe.info xəbər verir ki, bu barədə Özbəkistanın Xarici Əmək Miqrasiyası Agentliyinin rəsmi nümayəndəliyi məlumat yayıb.

Məlumata görə, miqrant özbəklərin test cavabları müsbət çıxdığı təqdirdə, onlar dövlət tibb müəssisələrində karantinə alınaraq müalicə ediləcəklər.

Qeyd edək ki, testdən keçmək istəyən miqrant özbəklər üçün telefon nömrəsi ayrılıb və həmin nömrəyə zəng etmələri xahiş olunub. Test nəticələri mənfi çıxan miqrantlara isə iş fəaliyyətini davam etdirmək üçün arayışlar təqdim ediləcək.

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

İranın nüvə obyektində yanğın baş verib

SONRAKI XƏBƏR

Bu ölkədə COVID-19 epidemiyası ən çox uşaqlara təsir etdi-8 MİLYON UŞAQ...