Rusiya yenidən İranı dəstəklədi

Rusiya yenidən İranı dəstəklədi

EastNews.org-un verdiyi xəbərə görə, Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ABŞ-ın İrana qarşı yeni sanksiyalarına qarşı çıxıb.

Mətbuat katibi vurğulayıb ki, Rusiya Federasiyası ABŞ-ın İrana qarşı yeni sanksiyalar ilə bağlı BMT-yə müraciət etməsinə də qarşıdır.

"ABŞ-ın tövsiyə etdiyi sənəddə bir çox anlaşılmazlıqlar var. Buna görə də Rusiya bu sanksiyalara qarşı çıxacaq", - deyə Mariya Zaxarova diqqətə çatdırıb.

O, qeyd edib ki, ABŞ-ın əsas məqsədi İranı tam olaraq çökdürməkdir.

Mənbə: eastnews.org