Hindistanla Çin arasında gərginlik fonunda Narendra Modi sərhədə baş çəkib

Hindistanla Çin arasında gərginlik fonunda Narendra Modi sərhədə baş çəkib

...Hindistan baş nazirini bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rərisi və bir sıra ordu generalları müşayiət ediblər

Hindistanın baş naziri Narendra Modi Çin ordusu ilə gərginliyin yaşandığı sərhəd zolağı bölgəsinə baş çəkib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Hindistan baş naziri Narendra Modi Çin ordusu ilə qarşıdurmanın yaşandığı Himalayda Ladax sərhəd bölgəsinə baş çəkib.

Hindistan baş naziri qarşıdurmanın getdiyi əraziyə baş çəkərək, son vəziyyətlə tanış olub.

Hindistan baş nazirini bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rərisi və bir sıra ordu generalları müşayiət ediblər.

Çinin Xarici İşlər Nazirliyi dərhal bəyanat verib və qarşı tərəfi gərginliyi artıra biləcək addımlardan çəkinməyə çağırıb.

Qeyd edək ki, ötən ayın 15-də Jalun vadisi sərhəd bölgəsində tərəflər arasında qarşıdurma zamanı onlarla hindistanlı əsgər ölüb və yaralanıb. Çin öz tələfatının sayını açıqlamayıb.

Mənbə: www.interaztv.com