Şəhla İsmayıl: Qadınların tənqidi səsləri eşidilmir

Şəhla İsmayıl: Qadınların tənqidi səsləri eşidilmir

“Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl Amerikanın Səsinə müsahibəsində pandemiya dövründə məişət zorakılığından danışıb.

Amerikanın Səsi: Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, bəzi ölkələrdə karantin və özünü təcrid şəraitində məişət zorakılığı faktları artıb. Azərbaycanda vəziyyət necədir?

Şəhla İsmayıl: Mövzu çox mühümdür. Təəssüf ki, Azərbaycanda pandemiyadan öncə də, biz, bu barədə dəqiq məlumat əldə eləyə bilmirdik. Belə ki, bu qeydiyyat qismən aparılırdı. Rəqəmlər olduğundan daha yumşaq göstərilir. Üstəlik də media monitorinqi keçiriləndə belə, biz görürük ki, bu olan keyslərdən daha balaca bir qismi mediayaya gəlib çatır. Beləliklə, hətta bu rəqəmlər belə həyacan təbilini çalmağa imkan verir ki, təqribi pandemiyadan öncə 1000 keys ətrafında belə bir rəqəm var idi. Pandemiya dövründə isə dəqiq məlumatımız yoxdur. Çünki belə bir qeydiyyat aparılmır, bu rəqəmlər toplanmır. Lakin bütün dünyada qeyd edirlər ki, 20 faizdən 35 faizə ayrı-ayrı ölkələrdə belə rəqəmlər var ki, ailə-məişət zorakılığı pandemiya fonunda artıb. Hesab edirəm ki, Azərbaycanda da bu var, bu mövcuddur. Sadəcə bizim məlumatımız yoxdur. Amma, dünya üzrə 20 faiz minumum göstərilir.

Adobe Flash Player-i əldə edin Embed share

Şəhla İsmayıl: Qadınların tənqidi səsləri eşidilmir

Embed share The code has been copied to your clipboard. width px height px Facebookda bölüş Twitterdə bölüş The URL has been copied to your clipboard

No media source currently available

0:00 0:06:24 0:00 Direct link 240p | 12,2MB 360p | 15,8MB 480p | 22,8MB 720p | 79,6MB 1080p | 67,6MB

Amerikanın Səsi: Ümumiyyətlə sizin müşahidələrinizə görə Azərbaycanda məişət zorakılğı artmağa doğru gedir, azalmağa doğru?

Şəhla İsmayıl: Təəssüf ki, biz artmağı müşahidə edirik. Düzdür, bu da çox mübahisəli məsələdir. Çünki mənim həmkarlarım bəzən bununla razı olmur. Mən hesab edirəm ki, artmaqdadır, çünki cəzasızlıq var. Bu cəzasızlıq davam etdikcə, insanlar lazimi qaydada cəzanı görməyincə bu artmaqda davam eləyəcək. Bizim təşkilatın 2010-cu ildən 2017-ci illərə qədər, 6 illiyi əhatə eləyən bir araşdırması var idi ki, orada da dinamikada məhz artım göstərirdi. Bu təkcə zorakılıq halları, qətllər deyil, üstəlik sui-qəsdlər də orada baxılmışdır. Bunların hər birində artma dinamikası var.

Amerikanın Səsi: Bu dönəmin xüsusiyyətlərini nəzərə alaraq potensial qurbanları müdafiə etmək üçün hansı preventiv addımlar atmaq olar?

Şəhla İsmayıl: Bilirsiniz, bu, preventiv addımlar yenə pandemiyadan öncə də yetərli deyilsə, pandemiya zamanı bunun yetərli olması üçün xüsusi bir cəhd lazımdır. Pandemiyadan öncə belə, əgər, Azərbaycan ölkə olaraq qurbanları hansısa bir sığınacaqla təmin edə bilmirsə, lazım olan sosial xidməti təmin edə bilmirsə, tibbi xidmət verə bilmirsə, hüquqi xidmət verə bilmirsə və s. Pandemiya bir böhrandır. Böhran dövründə bu necə daha çevik, daha sürətli avtomatlaşdırılmış şəkildə getməlidir. Bir halda ki, mexanizm pandemiyadan öncə yox idi. Azərbaycanda da pandemiya dövründə təbii ki, biz onun sürətlənmiş forması deyil, daha zəif formasını müşahidə elədik ki, bu da təəssüf doğurucu bir haldır. Oluna bilinən işlərdən əlbəttə qaynar xəttlər olmalı idi. Əlbəttə ki, ilk yardım sosial xidmətlər olmalı idi. Mütləq sığınacaq tipli xidmətlər olmalı idi. Mütləq psixoloji yardımlar olmalı idi və s. Amma təbii ki biz bunu görmədik.

Amerikanın Səsi: Vətəndaş cəmiyyəti qurumları bu istiqamətdə nə kimi fəaliyyətlər göstərə bilər?

Şəhla İsmayıl: Vətəndaş cəmiyyətləri maarifləndirmə və bu məsələnin qarşısının alınması və fəsadları ilə üz-üzə qalan ölkələrdə artıq çox böyük rol oynayıb. Bizdə isə vətəndaş cəmiyyəti 2013-cü ilin sonundan 2014-cü ilin əvvəlindən etibarən demək olar ki, bloklanmış vəziyyətdədir. Heç bir fəaliyyəti demək olar ki, yoxdur. Çox məhduddur. Ümumiyyətlə mühit əlverişli deyil. Ona görə nə maarifləndirmə işlərindən, nə bu vəziyyətdən çıxış yolları mövzusunda heç bir töhfəsi olmayıb. Olan töhfə də daha çox təşkilatda olan fərdlərin fədakarlığı hesabına olub ki, deyək ki, hansısa əlavə bir xüsusi xidmətlər təşkil olunub və yaxud hansısa yardım paketləri təşkil olunub. Amma bilavasitə maarifləndirməyə belə normal, legitim formada töhvəmiz demək olar ki, olmayıb.

Amerikanın Səsi: Ümumiyyətlə müşahidələr göstərir ki, son ildə qadın hüquqlarının müdafiəsi istiqamətində mübarizə güclənib, aksiyalar keçirilir. Dövlətin reaksiyası necədir? Etirazçı səslər eşidilirmi?

Şəhla İsmayıl: Mən, eşidildiyini hesab eləmirəm. Doğrusu bu aksiyaların çoxluğu məni həm sevindirir, həm məyus eləyir. Sevindirir ona görə ki, insanlar daha çox başa düşür ki, o haqları verməyəndə almaq lazımdır. Amma məyusedici hal odur ki, bu addımlar əvvəla sistematik deyil. Yəni aralarında məsafə böyükdür. Üstəlik də istər dövlətin, istər digər qurumların reaksiyaları qənaətbəxş deyil. Belə ki, nə müvafiq dərslər var, deyək ki, son aksiyalarda ötən ilin oktyabr ayında, bu ilin mart ayında feministlərin polis zorakılığını biz gördük, müşahidə elədik. Ciddi zorakılıq var idi. Fenamenal məqam idi. Çünki əslində zorakılığa qarşı çıxan insanlara qarşı zorakılıq tətbiq olunurdu. Amma, dövlətdən lazımi reaksiya görülmədi. Həmin polislər cəzalandırılmadı. Lazımi bəyanatlar, dəstək, dövlət tərəfindən verilmədi.

Amerikanın Səsi: Azərbaycanın İstanbul konvensiyasına qoşulması hansı səbəbdən yubadılır?

Şəhla İsmayıl: Bilirsiniz İstanbul konvensiyası ciddi bir öhdəlik paketidir. Bu öhdəlik paketi sözdə deyil əməldə olunası bir şeydir. Yəni bu gözlə görünən tədbirlər paketidir ki, burada sığınacaqlar daxildir, qanunvericiliyin optimaziyası daxildir. Burada hansısa sosial əlavə xidmtlər daxildir və s. Bunu artq elədim demək, eləməmək mümkün deyil. Bu da hələ gündəlikdə olan məsələdir. Çünki Azərbaycan yetərincə beynəlxalq öhdəlikləri var ki, onlar təəssüf ki, icra olunmur. Daha yeni paketi götürmək bu gün ölkə üçün əlverişli deyil.

Mənbə: www.amerikaninsesi.org