Peskov: “Rusiya hələ sərhədlərini açmır”

Peskov: “Rusiya hələ sərhədlərini açmır”

Rusiya koronavirus pandemiyası fonunda bağlanmış sərhədlərin açılması ilə bağlı bir sıra ölkələrlə əlaqə saxlayır.

TASS xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:

“Bu, hökumətdəki operativ qərargahın məsələsidir. Bəzi dövlətlərlə təmaslar aparılır, lakin indiyədək konkret qərarlar qəbul edilməyib”.

Mənbə: paralel.az