Yasamalın icra başçısı yerli mağazalara baxış keçirib - Foto

Koronavirus pandemiyası şəraitində insanların sağlamlığının qorunması sahəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrasına nəzarət məqsədilə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon ərazisində fəaliyyət göstərən bir sıra mağaza və dükanlarda baxış keçirib.

“Qafqazinfo” xəbər verir ki, Bakı şəhəri İcra Hakimiyyətinin nümayəndələri və Yasamal rayon İcra Hakimiyyəti yanında Operativ Qərargahın üzvləri ilə birgə ərazidə görülən profilaktiki tədbirlərlə tanış olan Elşad Həsənov sakinlərin sosial məsafə, qoruyucu vasitələrdən istifadə və digər zəruri tədbirlərin gözlənilməsinə diqqət yetirib. Sahibkarlar və alıcılarla söhbət edən Elşad Həsənov əhalinin toplaşdığı məkanlarda Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə hökmən riayət olunmasına dair tapşırıqlar verib.

Koronavirusla mübarizə sahəsində Yasamal rayon İcra Hakimiyyəti yanında Operativ Qərargahın rayon ərazisində profilaktiki və dezinfeksiyaedici tədbirləri davam edir.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

​ “Xınalıq” UNESKO-nun Dünya İrs Siyahısına namizədlik üçün İlkin Siyahıya salınıb

SONRAKI XƏBƏR

“AzScienceNet” şəbəkəsinin perspektivlərinə dair müzakirələr aparılıb