Aİ və ÜST COVID-19 ilə mübarizədə Azərbaycana yardım edir

...Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində Azərbaycana 168 min fərdi qoruyucu vasitə çatdırılıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində Azərbaycana 168 min fərdi qoruyucu vasitə çatdırılıb.

 

İnterAz xəbər verir ki, onlar müvafiq tibb müəssisələri arasında bölüşdürüləcək.

 

ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı və Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bu vasitələrin koronavirusla mübarizədə əhəmiyyətindən danışıblar.

 

“COVID-19-a qarşı mübarizədə tibb işçilərinin özlərini qorumaları çox vacibdir”, - ÜST nümayəndəsi söyləyib.

 

“İnsan həyatından və sağlamlığından daha qiymətli bir şey yoxdur. Bugünkü layihə həmrəylik təşəbbüsünün bir hissəsidir”, - Aİ səfiri deyib. O, hər kəsi tibbi maska ​​taxaraq özlərini, bununla da başqalarını qorumağa çağırıb.

 

“Yalnız bu cür addımlar atmaqla ən qısa müddətdə normal həyata qayıda biləcəyik”, - K.Yanskauskas vurğulayıb.

Interaztv.com

ƏVVƏLKİ XƏBƏR

İranlı rəsmi: “Loristanda yaşı 60-dan yuxarı olan xəstələr arasında ölənlərin sayı eksponent olaraq artır”

SONRAKI XƏBƏR

Türkiyədə fabrikdə baş verən partlayışda 11 nəfər xəsarət alıb - YENİLƏNİB