Oqtay Şirəliyev Ağciyər Xəstəlikləri İnstitutunda dünyasını dəyişib?

Oqtay Şirəliyev Ağciyər Xəstəlikləri İnstitutunda dünyasını dəyişib?

"Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Kazım oğlu Şirəliyev ağır sürən xəstəlik nəticəsində bu gün günorta saatlarında müalicə olunduğu Ağciyər Xəstəlikləri İnstitutunda dünyasını dəyişmişdir. Bu münasibətlə Azərbaycan hökumətinə dərin hüznlə başsağlığı verirəm." Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli facebook da yazaraq paylaşıb.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib ki, nazir bir müddət əvvəl bu səhiyyə ocağına yeni növ koronavirus (COVID-19) infeksiyası səbəbindən yerləşdirilmiş, həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmamışdır: "Oqtay Şirəliyev 1950-ci ildə Bakıda anadan olub. Azərbaycan Tibb İnstitutunu bitirib. Namizədlik və doktorluq dissertasiyalarını Moskvada müdafiə edən O.Şirəliyev professor, tibb elmləri doktoru idi. O.Şirəliyev Respublika Diaqnostika Mərkəzinin başçısı olub. 20 oktyabr 2005-ci il tarixdə Oqtay Şirəliyev Azərbaycan Respublikasının Səhiyyə naziri təyin edilmişdir."

P.S. Oqtay müəllimin günü sabah (bu gün gecdir) ekranlara çıxıb belə qırmızı yalanı təkzib edəcəyini, bədxah şayiələrə son qoyacağını və xalqa mövcud vəziyyət barədə açıqlama verəcəyini gözləyirik. Əlbəttə başına qəza gəlməyibsə...

Mənbə: milletinsesi.info