Orta  məktəblərdə mülki müdafiə fənninin proqramına  “pandemiya” termini niyə məhz 2019-cu ildə daxil edilib?..

Məlum olduğu kimi, Azərbaycanın orta məktəblərinin II, V və VI siniflərində mülki müdafiə fənni, IX-XI siniflərində isə “Çağırışa qədər ibtidai hərbi hazırlıq” fənni çərçivəsində də mülki müdafiə mövzusu təlim edilir. Həmin mövzunun tədrisində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar, təbii fəlakətlər, eləcə də yoluxucu xəstəliklərin kütləvi yayılması, epidemiyalar və s. zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı, xəstələrlə davranmanı və xəstəliklərdən qorunma üsullarını öyrətməkdən ibarətdir.

Orta məktəb müəllimlərindən birinin Moderator.az-a verdiyi açıqlamasından bəlli olub ki, 2019-cu ilədək respublikamızın orta məktəblərində mülki müdafiə ilə bağlı tədris proqramlarına “pandemiya” termini daxil edilməyib.

“2019-cu il martın 1-də Ümumdünya Mülki müdafiə günü ilə bağlı təhsil müəssisələrində Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər keçirildi və həmin tədbirlərdən sonra orta məktəblərdə mülki müdafiə ilə bağlı tədris proqramına “pandemiya” terminin də daxil edilərək onun mahiyyətinin şagirdlərə izah olunması tövsiyə edilib. Yalnız bundan sonra biz orta məktəblərdə şagirdlərə pandemiyanın nə demək olması və bu təbii fəlakət baş verdiyi zaman görülməsi lazım olan tədbirlər haqda izahat verməyə başlamışıq. Buna qədər əsasən epidemiyanın mahiyyəti və bu fəlakət baş verdikdə hər bir vətəndaşın, o cümlədən uşaq və yeniyetmələrin riayət etməli qaydalar izah olunurdu. Onu da xatırladım ki, 2019-cu ilin sentyabrında Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzinin təşkilatçılığı ilə sentyabrın 2-dən 12-dək II, V və VI sinif rəhbərlərinin mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə kurslar keçirilib. Yəni dövlətimiz bütün vətəndaşlar kimi məktəblilərin də fövqəladə hallar və bu günümüz üçün təəssüf ki, aktual olan epidemiya və pandemiya dövrlərində davranış qaydalarını mənimsəməsinə xüsusi diqqət ayırır”- deyə həmsöhbətimiz bildirib.

Mövzunu müvafiq qurumlar və mütəxəssislər vasitəsilə araşdırmağa çalışacağıq.

Sultan Laçın

 

 

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

“Eurasia Review” portalında BMT Baş Assambleyasının xüsusi sessiyası ilə bağlı məqalə dərc olunub

SONRAKI XƏBƏR

Koronavirusun xüsusilə yoluxucu mutasiyası müəyyən edilib