Paşinyanın "fransız nağılı": O, növbəti dəfə yalan danışır

Fevralın 12-də Ermənistan parlamentinin və hökumətinin sual və cavabları zamanı deputat Sisak Qabrielyanın sualını cavablandırarkən, Ermənistan Baş naziri Nikol Paşinyan “Ermənistan Fransa ilə söz azadlığı baxımından 8-ci yeri bölüşür” deyə bildirib. Bu məlumat həqiqətə uyğun deyil. Keçən il ərzində müraciət etdiyimiz beynəlxalq təşkilatların qeydə aldığı heç bir göstəricilərlə Ermənistan dünyada söz azadlığı baxımından 8-ci yerdə olmayıb.

Beynəlxalq insan haqları təşkilatlarının 2019-cu ildə Ermənistandakı insan hüquqları və demokratiya ilə bağlı qeydə aldıqlarını nəzərdən keçirək.

Beynəlxalq Sərhədsiz Reportyorlar Təşkilatının dərc etdiyi “World Press Freedom Index 2019”da Ermənistan 61-ci yeri tutur, Paşinyan müqayisə üçün subyekt kimi təqdim etdiyi Fransa isə 32-ci yeri tutur. Buna görə də 8-ci yeri bölüşmək barədə söhbət gedə bilməz.



“Freedom House” beynəlxalq insan haqları təşkilatı tərəfindən 2019-cu il ərzində “Freedom and Media 2019” və “Freedom on the Net 2019”, həmçinin “Freedom in the World 2019” hesabatları.

Söz və etiqad azadlığı mümkün 16-xaldan 9 olaraq qiymətləndirilib. Ermənistanın ümumi əmsalı 100-dən 51 təşkil edib. Əgər bu rəqəmi Paşinyanın qeyd etdiyi Fransa ilə müqayisə etsək, yuxarıda göstərilən göstəriciyə görə, Fransa əmsalı 100-dən 90-dır. Buna görə də Fransa ilə Ermənistan arasında ən azı bu hesabat çərçivəsində müqayisə ağlabatan deyil.



Növbəti hesabat “Freedom and Media 2019”dur. Müəlliflər media azadlığı ilə siyasi dəyişiklik arasındakı sıx əlaqəni vurğulayırlar.

Qeyd edək ki, bu hesabatda “Ermənistanın mətbuat azadlığı vahidində irəliləyiş əldə edə bilmədiyi” də qeyd olunur.

Digər “Freedom on the Net 2019” hesabatına gəlincə:

2018-ci illə müqayisədə Ermənistanın göstəricisi 76-dır, ötən illə müqayisədə mövqeyi üç xal artıb. Bu hesabata görə, Fransanın göstəricisi də 76-dır. Nəzərə alsaq ki, 70 və yuxarı göstəricisi olan bir sıra ölkələrdə 76 xalı olan Ermənistan və Fransa 8-ci yerdədir. Deməli, bu, Paşinyanın manipulyasiya və səhvləri üçün “əsas” olub, lakin qeyd etmək lazımdır ki, sosial şəbəkə azadlığı və söz azadlığı tamamilə fərqli anlayışlardır və nitqində Nikol Paşinyan sosial şəbəkə azadlığına deyil, söz azadlığına istinad edib. Bu anlayışlar nəinki eyni deyil, hətta bir-biri ilə tamamilə əlaqəsi yoxdur.

Müqayisə mövzusu olan Fransa, “Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatının dərc etdiyi “World Press Freedom Index 2019”da Ermənistan 61-ci yeri tutur və Paşinyanın müqayisə üçün subyekt kimi təqdim etdiyi Fransa isə 32-ci yeri tutur. Buna görə də 8-ci yeri bölüşmək barədə söz ola bilməz.

Paşinyanın bu yalanı və manipulyasiyası o qədər aydın idi ki, buna “Məlumatlı Vətəndaşlar Birliyi” QHT-sinin “Fakt Yoxlama” platforması da toxunub.

Qeyd etmək lazımdır ki, Nikol Paşinyanın bu gün Ermənistanda söz azadlığı və mətbuat azadlığının yüksək səviyyədə olması barədə verdiyi ifadələrindən fərqli olaraq, reallıq başqa şeydən xəbər verir.

Xüsusilə, Paşinyanın tərəfdarları 2019-cu ilin oktyabrında “Hayeli” klubuna hücum edərkən və mediaya hədə-qorxu gələndə Avropa Jurnalistlər Federasiyası (“European Federation of Journalists”) bu addımı açıq şəkildə qınadı. Təşkilat hakimiyyətdən jurnalistlərin təhlükəsizliyini təmin etməyi tələb etmişdi.

Aqil Məmmədov
Ordu.az

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda PİN-kod daxil edilmədən təmassız əməliyyatlar üzrə limit 100 manata qaldırıla bilər

SONRAKI XƏBƏR

İmişlidə tərəvəz sahələrinin hər hektarından 143 sentnerdən çox məhsul götürülür