Professor Hüseyin Bağcı: Azərbaycanın qlobal problemlərin həlli ilə bağlı təşəbbüsləri təqdirəlayiqdir

Professor Hüseyin Bağcı: Azərbaycanın qlobal problemlərin həlli ilə bağlı təşəbbüsləri təqdirəlayiqdir

 

Ankara, 3 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünün böyük dəstək qazanması Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Ümumiyyətlə, Azərbaycanın beynəlxalq və regional məsələlərdə fəallığı, o cümlədən qlobal problemlərin həlli ilə bağlı təşəbbüsləri təqdirəlayiqdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankarada fəaliyyət göstərən Türkiyənin nüfuzlu Xarici Siyasət İnstitutunun rəhbəri, professor Hüseyin Bağcı ifadə edib.

Beynəlxalq əhəmiyyətli təşəbbüslərin bütün tərəflər üçün yararlı olduğunu vurğulayan professor deyib: “Azərbaycanın Türkiyədəki səfirliyi, Strateji Düşüncə İnstitutu (SDİ) ilə birlikdə keçirdiyimiz beynəlxalq konfransda Ankarada akkreditasiya olunan səfirlərin fəal iştirakı bir daha göstərdi ki, dünya birliyi məlum pandemiya böhranından çıxış yollarını birgə axtarmaq məcburiyyətindədir. Əminəm ki, məlum pandemiya ilə bağlı keçiriləcək BMT Baş Assambleyasının xüsusi sessiyası mühüm qərarlar qəbul edəcək”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: azertag.az