Evdə müalicə tövsiyə olumur, ağırlaşma yaranır - Açıqlama

Evdə müalicə tövsiyə olumur, ağırlaşma yaranır - Açıqlama

Dərmanların satışına davamlı olaraq monitorinq nəzarəti keçirilir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Lakin insanların evdə özünü müalicəsi tövsiyə olunmur. Bu onlarda ağırlaşma halları yaradır və həkimlərimizin işini daha da çətinləşdirir".

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı əlavə edib ki, virusa qarşı bəzi dərman preparatların adlarının çəkilməsi ilə vətəndaşların bu dərmanları kütləvi şəkildə alması müşahidə olundu:

"Bəzi dərmanlar var ki, vətəndaşlar onları həkim resepti ilə alıb, qəbul edə bilər. Lakin bir sıra dərmanları xəstəxana şəraitində istifadə edildikdə belə riskli ola bilir. Hazırda xəstəxanalarımızda kifayət qədər dərman ehtiyatı mövcuddur və gətirilməsi davam edir".

O bildirib ki, evdə müalicədə istifadə olunan dərmanlar xəstələrə veriləcəkdir: "Hökümət tərəfindən təklif və tələblər müəyyən olunub və bu iqtisamətdə işlər aparılacaqdır. Hazırda heç bir dərman qıtlığı yoxdur".

TƏBİB sədrinin sözlərinə görə, müalicə prosesində yeni tibb müəssisəsi qoşulduqca, müəyyən problemlər yaranır:

"Xəstəxanalardakı problemlər aradan qaldırılır və monitorinqlə aparılır. Heç bir xəstənin süni tənəffüs aparatına qoşulmasında gecikmə müşahidə oluna bilməz. Proseslər gecikir, gecikmiş hallarda xəstələr boğulma ilə xəstəxanaya daxil olur. Bu halda xəstəni süni tənəffüs aparatına qoşmadıqda, o öz həyatını itirəcəkdir. Vətəndaşlar bu məsələyə həssas yanaşmalıdırlar".

Şahmar Mövsümov qeyd edib ki, sosial şəbəkələrdə yayılan iradlar araşdırılır və hər biri qeyd olunaraq həll ediləcəkdir.

Mənbə: axar.az