Mövsümov: Bunu gizlətmək, utanmaq lazım deyil!

Mövsümov: Bunu gizlətmək, utanmaq lazım deyil!

İnsanların həkimlərə müraciət etməməsi inamsızlıqla bağlı deyil.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Təəssüf ki, insanlar virusa yoluxmanı ayıb sayır. Bunu gizlətmək, utanmaq lazım deyil. Əksinə, bunu insanlara çatdırmaq lazımdır ki, yoluxma halları azaldılsın. Özünü narahat hiss edən hər bir şəxs poliklinikaya, yaxud çox narahat olduğu zaman təcili yardıma müraciət etməlidir", - o bildirib.

Mənbə: axar.az