Koronavirusa qarşı yeni dərmanlar sifariş verilib

Koronavirusa qarşı yeni dərmanlar sifariş verilib

Bu haqda Ramin Bayramlı məlumat verib...

“Virusa qarşı olan bir neçə dərman preparatı var. Amma onların adlarının çəkilməsi onların kütləvi alınması ilə bağlı hallar var. Halbuki dərmanların istifadəsi ciddi fəsadlar verə bilər”.

PİA.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, elə dərman olur ki, onlar tibb müəssisəsində istifadəsi belə risklidir: “Xəstəxanalarda istifadə olunan dərman sayı yetərlidir. Bir neçə dərman da sifariş verilib. Evdə müalicədə hansı dərmanlar istifadə oluna bilərsə, onlar xəstələrə veriləcək. Dərman qıtlığı olsa belə əczaçılıq şirkətləri qarşısında tələb və təkliflər qoyulub. Hər hansı xəstənin süni tənəffüs sisteminə qoşulmasında gecikmə qəti şəkildə yarana bilməz. Özəl müəssisələrlə əməkdaşlıq edilir. Bir sıra hallarda KT müayinəsi aparılır və evdə müalicə edilir. Bəzən xəstə boğulma ilə xəstəxanaya daxil olur. Ona görə bu işdə hər kəs həmrəy olmalıdır”.

Mənbə: pia.az